Folk Tale

Durnabaliği və pi̇şik

Translated From

Щука и кот

AuthorИван Крылов
Book TitleБасни
Publication Date1813
LanguageRussian
AuthorAbdulla Şaiq
LanguageAzerbaijani
OriginRussia

Hər sənətkar öz işinə getməlidir, nə gərək, Çörəkçi çəkmə tiksin, çəkməçi yapsın çörək. Dişli Durnabalığı dəyişdi niyyətini, İstədi ki, işlətsin pişiyin sənətini. Bilməm, onun bağrını həsəd oxu dəlmişdi? Yoxsa, balıq yeməkdən artıq təngə gəlmişdi? Nə isə, yalvardı о bir gün dostu Məstana, Özü ilə aparsın onu siçan ovuna. Məstan dedi: - Gəl, burax bu uğursuz niyyəti! Sən bacara bilməzsən bu yabancı sənəti! Yaxşı demişlər: hər iş qorxar öz ustasından! Bu sözü təsdiq edər, şübhəsiz, bütün cahan. -Yox, dostum! Ömrümdə mən görməmişəm siçanı. Bıqdım balıq yeməkdən, göstər, о siçan һаnı? Uğur olsun, eyləysə, arxama düş, gəl gedək! Girdilər bir anbara, durub keşik çəkərək, Neçə siçan ovladı, nəşə gəldi Məstana. Bığlarını silərək yoluxdu öz dostuna, Gördü Durnabalığı çapalayır yarımcan, Quyruğunu gəmirmiş bir kəsəyən, ya siçan. Hərəkətsiz düşmüş o, quru nəfəs var, ancaq, Sürükləyib tez onu bir gölməyə ataraq Dedi: - Durnabalığı, bu iş dərs olsun sana, Ağlını yığ başına, çıxma siçan ovuna!


Text view