Folk Tale

Hörümçək və ari

Translated From

Паук и пчела

AuthorИван Крылов
Book TitleБасни
Publication Date1806
LanguageRussian
AuthorAbdulla Şaiq
LanguageAzerbaijani
OriginRussia

Tacir kətan gətirdi bazarda satsın deyə, Bilirsiniz ki, kətan lazımdır hər kimsəyə. Yaman tutdu bazarı, güldü ona səadət, Haqqı yox - bu alverdən tacir etsin şikayət. Alıcıdan macal yox, sıxaraq bir-birini, Tuturdular tez alan müştərinin yerini. Gördü Hörümçək bu mal işə gedir çox yaman. Tacirin bu qazancı onu çıxardı yoldan. Düşündü, satmaq üçün qumaş toxusun о da, Tacirə qazsın quyu, salsın yanar bir oda. Açsın dükan yanında alverə bir pəncərə, О gecə hey toxudu uyaraq bu alverə. Toxuduğu qumaşa özü heyrət edərək, Qürur ilə oturdu, ordunu şişirdərək. Sübhə qədər dükandan çəkilmədi bir yana, Düşünür, müştərini cəlb etsin bu dükana. Səhər oldu, əlində süpürgə gəldi qarı, Qumaşilə süpürüb atdı onu dışarı. Kədərindən inləyib qəzəbləndi Hörümçək: - Mənim bu sənətimə gözəl mükafat gərək! Göndərrəm bu qumaşı, bütün dünya bilsin ki, Tacirinki çox incə toxunmuş, ya mənimki? An dedi: - Səninki! Bunu varmı bir danan? Bu iş bütün dünyaya çoxdan aydındır, çoxdan! Ancaq, kimə xeyri var, ey qürurlu Hörümçək?! Nə geyinmək mümkündür, nə də qışda isinmək.


Text view