Folk Tale

Qurbağa və Yupiter

Translated From

Лягушка и юпитер

AuthorИван Крылов
Book TitleБасни
Publication Date1806
LanguageRussian
AuthorMirmehdi Seyidzadə
LanguageAzerbaijani
OriginRussia

Keçmişdə bir Qur-qur vardı, Bataqlıqda yaşayardı. Yaz zamanı bu qurbağa, Köçdü getdi, yüksək dağa. Dağ başı çox kölgəlikdi, Qur-qur burda yuva tikdi. Xoş keçindi yüksək dağda, Cənnət kimi xoş yaylaqda. Çox sürmədi bu dövranı, Gəldi çatdı yay zamanı. Günəş alov saçdı göydən, Qurudu bu nohur, çəmən. Qur-qur qaldı quru yerdə, Düşdü böyük qəmə, dərdə. Dedi: - Rəhm et, mənə Allah, Yer üzünə göndər bəla. Qurumasın bu batağım, Yaşıl yurdum, xoş yatağım. Qurbağanın bəd duası, Baş tutmadı oldu ası. Üz döndərdi Yupiterdən, Dedi: - Yaman zalımsan sən! Yupiter də gəlib dilə (Ona dedi sakitliklə) -Ay ağılsız, axmaq Qur-qur! Qırıldama bir düşün, dur, Heç dəyərmi, sənə görə Bəla nazil edim yerə, İnsanları boğum suda. Sən bataqda qal asuda! Az deyildir dünyada belə adamlar... Onların qəlbində bircə məqsəd var: İstəyir özünə hər şey qazansın, Dünya başdan-başa od tutub yansın.


Text view