Folk Tale

Çi̇bi̇n və Ari

Translated From

Муха и пчела

AuthorИван Крылов
Book TitleБасни
Publication Date1806
LanguageRussian

Other Translations / Adaptations

Text titleLanguageAuthorPublication Date
The Fly and the BeeEnglishCharles Fillingham Coxwell1856
AuthorAbdulla Şaiq
Book TitleSeçilmiş təmsillər
Publication Date1944
LanguageAzerbaijani
OriginRussia

Bahar çağı bir çibin yaşıl geyimli bağda, Sərin külək əsdikcə yellənirdi budaqda. Bir Arını çiçəkdə görüb dedi: - A qonşu, Gecə-gündüz çalışmaq, söylə, həyatmıdır bu? Mən о qədər çalışsam, çürüyərəm bir gündə, Mənim bütün günlərim keçir toyda-düyündə. Yazda qonaqlıqlara uçmaqdır ancaq peşəm, Bilsən, qonşu, mən necə dadlı günlər görmüşəm. Öyünmürəm, inan ki, az deyil bu şəhərdə, Varlıların evləri; hörmətim var hər yerdə. Nə nəşələr çəkirəm, görsəydin, ey qonşu, sən. Harda var kef məclisi, başda ancaq, mənəm, mən İncə, çini qablarda yeyirəm, ah, nə gözəl! Şərabı mən içirəm qonaqlardan da əvvəl! Nə görsəm dadlı bir şey, ki mənfəətdir cana, Ləzzət ilə yeyirəm, sorğu-sual yox mana. Doydummu, tez qonuram yanağına gözəlin, Boğazına, alnına, dodağına gözəlin. Onlar ilə bir yerdə edirəm istirahət, Dad verir bu yeməkdən sonra о dadlı söhbət. Arı dedi: - Bilirəm hamısını bunların İncimə bu sözümdən, yoxdur namusun, arın. Çoxdan eşitmişəm mənə söylədiyin bu xəbər Heç yerdə hörmətin yox, səndən söylənir nələr! Hər süfrədə adamlar görüncə qaş çatırlar, Səni qovub otaqdan dışarıya atırlar. Çibin dedi: - Nə olsun, qovsalar da yenə mən Burdan çıxıb gəlirəm о biri pəncərədən.


Text view