trans-8678

Qarğa və Tülkü

AuthorAbdulla Şaiq
ATU57
LanguageAzerbaijani
OriginRussia

Çoxdan sübut olub yaltaqlıq murdar, Zərərli bir işdir... yenə adamlar Bundan çəkinməyir, çünki hər yaltaq Tapır ürəklərdə kiçik bir bucaq. Qarğacıq hardansa tapmışdır pendir; Qonmuş bir çinara; acdır, sevinir, Pendiri о yemək istəyən zaman Birdən fıkrə getdi; bir Tülkü ordan Keçirdi. Görüncə boynunu burdu. Pendirin qoxusu onu durdurdu. Ayağı ucunda о yavaş-yavaş, Getdi o, ağacın yanına birbaş. Boylanıb da baxdı, birdən şöngədi, Dadlı bir dil ilə Qarğaya dedi: - Nə qədər gözəlsən, ey gözəl pəri, Can alan, şəvədən qara gözləri Nağıllarda ancaq olar eşitmək Kimdə var о qanad, о dimdik, lələk! Mələktək xoş olur, şübhəsiz, səsin Utanma, oxu gəl, xoşdur nəfəsin, Səsin də olursa gözəl özüntək Quşlar padşahı sənmişsən, demək! Tərifdən Qarğanın başı bərk döndü, Nəfəsi tıxandı, qəlbi döyündü. Tülkünün о dadlı sözündən Qarğa Öz qarğa səsilə qarıldadı: "qa!" Pendir dimdiyindən düşdü bir yana; Bildi ki, aldanmış qurnaz heyvana.


Download XMLDownload textStory