trans-8680

Tülkü və Üzüm

TitleTülkü və Üzüm
Original TitleЛисица и виноград
Original AuthorИван Крылов
Original IDtrans-5022.xml
Language codeaze

Acmış bir tülkü girdi bir bağa, Dolaşdı о bağı başdan-ayağa. Boylandı, həsrətlə baxdı hər yana, Qızarmış salxımlar az qalır yana. Hər salxım bir düzüm yaquta bənzər, İtirdi özünü, oynadı gözlər. Salxımlar ucadır, çatmayır əli Vurnuxur, çırpınır, ah, nə etməli? Nə çıxsın ki, gəlmiş üzüm xoşuna, Bir saat dolaşdı bağı boşuna. Gedirkən həsrətlə dedi: - Üzümlər, Uzaqdan gözəldir aldanır nəzər. Baxsana, dəyməmiş gömgöy qoradır, Yeyilmək zamanı onun sonradır.


Download XMLDownload textStory